Almaniya kansleri Merz ARD televiziyasının ənənəvi yay müsahibə proqramında aktual mövzularla bağlı açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Merz Təl-Əvivin “humanitar yardım şəhəri” layihəsi ilə bağlı suala “İsrail hökumətinin həftələrdir Qəzza zolağındakı tətbiqlərindən narazıyam” deyə cavab verib.
Merz dəfələrlə narazılığını ifadə etdiyini və bu məsələləri İsrailin baş naziri Benyamin Netanyahu ilə də müzakirə etdiyini bildirib.
Fələstin məsələsində amerikalılarla iki dövlətli həllin əldə olunacağına ümid etdiyini vurğulayan Merz: "Fələstinlilərin yaşaya biləcəkləri bir yerə haqqı var. Hazırda Qəzza zolağında baş verənlər qəbuledilməzdir" dedi.
Aytən Yaşar/ Turkustan.az