ABŞ senatoru Qrem: Rusiya-Ukrayna müharibəsində “dönüş nöqtəsi” yaxınlaşır


ABŞ senatoru Lindsey Graham bildirib ki, Rusiya-Ukrayna müharibəsində “dönüş nöqtəsi yaxınlaşır”.

Turkustan.az xəbər verir ki, CBS News-un “Face the Nation” proqramında çıxış edən senatorlar Riçard Blumental və Lindsi Qrem ABŞ-ın Ukraynaya yardımını şərh edib.

Respublikaçı Qrem Rusiya ilə Ukrayna arasında müharibədə “dönüş nöqtəsinin yaxınlaşdığını” bəyan edərək, prezident Donald Trampın aylardır Rusiya prezidenti Vladimir Putini sülh masasına oturtmağa çalışdığını, lakin “fürsət”in sona çatmaq üzrə olduğunu iddia edib.
Trampın bu gün Rusiya və Ukrayna ilə bağlı mühüm açıqlama verəcəyinə işarə edən Qrem "ABŞ-ın Ukraynaya kömək etmək üçün silah satması fikri çox gündəmdədir" dedi.

ABŞ-ın artıq Ukraynaya maliyyə və hərbi yardım etdiyini tamaşaçılara xatırladan Qrem: “Vaşinqton administrasiyasının Avropalı müttəfiqlərimizə Ukraynaya fayda verə biləcək böyük miqdarda silah satmağa başlama planını izləyin” dedi.

"Yaxın günlərdə Ukraynanın özünü müdafiə etməsinə kömək etmək üçün rekord sayda silah axını görəcəksən" deyən Qrem Trampın yaxın günlərdə "əvvəl qoyduğundan daha çox" tariflər və sanksiyalar tətbiq edəcəyinə inandığını bildirib.

"Düşünürəm ki, Ukraynaya yardım səylərində Avropadan daha çox dəstək olacaq", - senator Qrem deyib.

Demokrat Blumental isə Rusiyaya qarşı sanksiyaların artırılması lazım olduğunu və Avropa dövlətlərinin bu məsələdə həmfikir olduğunu iddia edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ