Görün PKK-nın tərksilah mərasiminin xərclərini kim qarşılayıb


İKBY-də PKK-lıların zərərsizləşdirilməsi mərasimi ilə bağlı təfərrüatlar üzə çıxır.

Turkustan.az xəbər verir ki, İraq Kürdüstan Regional Rəhbərliyinin (İKBY) Süleymaniyyə kəndi ərazisində baş tutan və tarixi addım kimi qiymətləndirilən 30 nəfərlik PKK üzvünün zərərsizləşdirilməsi mərasimi ilə bağlı yeni detallar məlum olub.

Mərasim DEM Partiyasının təşəbbüsü və rəhbərliyi ilə təşkil olunub. Tədbirdə Vəkillər Kollegiyasının rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, “Barış Anaları” hərəkatının üzvləri, millət vəkilləri və jurnalistlər də daxil olmaqla, təxminən 150 nəfər iştirak edib.

Medyascope xəbər portalından Ferit Aslanın məlumatına görə, DEM Partiyası iştirakçıların dörd avtobusla Süleymaniyyəyə daşınmasını təmin edib. Bölgədəki yaşayış, nəqliyyat və iaşə xərcləri isə KRG Prezidenti Neçirvan Bərzani tərəfindən qarşılanıb. Qonaqlar Ərbildəki otellərdə yerləşdirilib, rəsmi nəqliyyat vasitələri ilə mərasim məkanına aparılıb və bütün logistik işlər Bərzani administrasiyası tərəfindən təşkil olunub.

Tədbirin ardından DEM Partiyasının nümayəndə heyəti Neçirvan Bərzanini ofisində ziyarət edərək, sülh prosesinə verdiyi dəstəyə və qonaqpərvərliyinə görə ona təşəkkürünü bildirib.

Heyətə aşağıdakı şəxslər daxil olub:

DEM Partiyasının həmsədrləri: Tuncer Bakırhan və Tülay Hatimoğulları

Sabiq millət vəkili Leyla Zana Ahmet Türk

DBP həmsədrləri: Keskin Bayındır və Çiğdem Kılıç Uçar

Millət vəkilləri: Ayşegül Doğan, Sırrı Sakık, Berdan Öztürk, Mehmet Kamaç, Meral Danış Beştaş və Serhat Eren

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ