Ərdoğandan Özələ: “Ümmətin birliyini müdafiə etmək nə vaxtdan cinayət olub?


“Yeni bir ittifaqla yolumuza davam edəcəyik”.

Turkustan.az xəbər verir ki, Türkiyə Prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Kızılcahamamda keçirilən 32-ci Müşavirə və Qiymətləndirmə Toplantısında yekun nitqlə çıxış edib. Prezident “Terrordan azad Türkiyə” prosesi ilə bağlı mühüm mesajlar verib və müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) sədri Özgür Özələ də sərt cavab ünvanlayıb.

Ərdoğan CHP liderinin “ümma” ilə bağlı açıqlamasına toxunaraq bildirib:
“Vətəndaşlıq anlayışı yerini birlik anlayışına verəcək. Sünni İslama əsaslanan yeni bir ittifaq qurulacaq və biz yolumuza Cümhuriyyət Xalq Partiyasının dayandığı yerdə yox, bu yeni ittifaqla davam edəcəyik.”

Ərdoğan müxalifətin ritorikasını tənqid edərək əlavə edib:
“Yeni bir ssenari ilə qarşı-qarşıyayıq. Məsuliyyətsiz və şüursuz siyasi ritorika ilə son 23 ildə yaşadıqlarımızı ayırmaq mümkün deyil. Bu dəfə əlavələr fərqlidir, amma tamaşa eynidir. Biz bu teatrı dəfələrlə izləmişik. Məqsədləri və üsulları yaxşı bilirik, aktyorlar dəyişsə də səhnə dəyişməyib.”

Ərdoğan çıxışında iqtisadi məsələlərə də toxunub və bəzi çevrələrin milli iqtisadiyyata qarşı kampaniyalar təşkil etdiyini iddia edib:
“Ümid havası yaratmağa çalışanlar, əslində ölkəmizin strateji addımlarına qarşı iqtisadi boykot siyahıları ilə milli iqtisadiyyatımıza ziyan vurmağa çalışırlar".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ