İran mediası: İsrail Pezeşkianın yerləşdiyi binanı vurub


İsrail İranın təhlükəsizlik şurasının binasına hücum edib – Prezident Pezeşkian yüngül xəsarət alıb

Turkustan.az xəbər verir ki, İsrailin İrana hücumları zamanı Prezident Məsud Pezeşkian da daxil olmaqla yüksək vəzifəli dövlət rəsmilərinin iştirak etdiyi Ali Milli Təhlükəsizlik Şurasının iclası keçirilən binaya zərbələr endirilib.

Yarı rəsmi Fars Xəbər Agentliyinin yaydığı məlumata görə, hücum 16 iyun tarixində səhər saatlarında Tehranın qərbində yerləşən binanın aşağı mərtəbələrində baş verib.

Zərbə zamanı binada hökumətin üç qolunu — qanunverici, icraedici və məhkəmə hakimiyyətini — təmsil edən yüksək rütbəli rəsmilər iştirak edirmiş. Bildirilir ki, Prezident Pezeşkian və digər rəsmilər binadan çıxarkən ayaqlarından yüngül xəsarət alıblar.

İsrailin Ali Milli Təhlükəsizlik Şurasının iclasının keçirildiyi binanı hədəf almaq cəhdi rəsmi Tehran tərəfindən ciddi şəkildə araşdırılır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ