Ehud Olmert: Netanyahunun vaxtı dolu, istefa verməlidir


İsrailin keçmiş baş naziri Ehud Olmert İsrailin baş naziri Benyamin Netanyahuya qarşı tənqidlərini davam etdirir.

Turkustan.az xəbər verir ki, NDTV-yə danışan Olmert seçkilərin 3 il əvvəl keçirildiyini hər kəsə xatırladıb və Netanyahunun siyasi legitimliyini şübhə altına alıb, parlamentdəki vəziyyətin artıq xalqın iradəsini ifadə etmədiyini bildirib. Olmert bildirib ki, israillilərin 60 faizindən çoxu Netanyahuya inanmır.

İsrail cəmiyyətindən fərqli bir səsin yüksəldiyinə diqqət çəkən keçmiş İsrail baş naziri bu səsin Qəzzada düşmənçiliklərə son qoymaq istədiyini bildirib.

Olmert Netanyahunun bu gələcəyin bir parçası olmadığını vurğulayaraq: "Onun vaxtı bitdi, inşallah istefa edər" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ