Teleqraf: İsrail beş hərbi obyektdə İranın zərbələrini gizlədib


İsrail İranın beş hərbi obyekti, o cümlədən iri hava bazasını vurması ilə bağlı açıqlama verməyib.

Turkustan.az xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti Oreqon Dövlət Universitetinin əməkdaşlarının peyk məlumatlarının təhlilinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, altı İran raketi İsrailin şimal, cənub və mərkəzi hissələrində kəşfiyyat mərkəzi və logistik baza da daxil olmaqla beş obyekti vurub. Nəşr qeyd edib ki, ümumilikdə 12 günlük münaqişə nəticəsində İran İsrailin 40-dan çox infrastruktur obyektinə zərbələr endirib.

İsrail Müdafiə Qüvvələri hərbi bazaların vurulması ilə bağlı xəbərləri şərh etməyib, lakin "bütün müvafiq bölmələrin əməliyyat boyu funksional davamlılığı qoruduğunu" bildirib. “The Daily Telegraph” yazır ki, İsrail və ABŞ hava hücumundan müdafiə sistemləri raketlərin təxminən 84%-ni ələ keçirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ