Xarici işlər naziri Hakan Fidan “İran və İsrail arasında əldə olunan razılaşmanın davam etdirilməsi, atəşkəsi pozmamaq və davamlı sülhə qayıtmaq hazırda ən böyük strateji hədəflərimizdən biridir” deyib.
Turkustan.az xəbər verir ki, Fidan bu barədə nazirlikdə britaniyalı həmkarı Devid Lammi ilə görüşündən sonra açıqlama verib.
Türkiyə və İngiltərənin eyni mövzuda bir çox strateji hədəfi paylaşan iki strateji tərəfdaş olduğunu ifadə edən Fidan: "Biz Avropa Birliyi ölkələri olmayan, lakin Avropa ilə güclü əlaqələri olan iki NATO üzvü ölkəyik" dedi.
İki ölkə arasında iqtisadiyyat, müdafiə və texnoloji əməkdaşlıq kimi bir çox sahədə sıx əməkdaşlıq trafikinə diqqət çəkən Fidan: "Xarici ticarət həcmimiz hazırda 30 milyard (dollar) hədəfinə yaxınlaşır. Bu, son illərdə böyük israrla izlədiyimiz bir hədəfdir" dedi.
Son illərdə hər iki ölkənin bu mövzuda çox çalışdığını bildirən Fidan ticarət və investisiya sahəsində çox daha böyük imkanların olduğuna diqqət çəkib və bunu daha da irəli aparmaq üçün Azad Ticarət Sazişinin yenilənməsinin vacibliyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az