Xəbər verdiyimiz kimi, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib.
Onun yerinə müavini, polkovnik Fərid Əsgərov təyin edilib.
Turkustan.az xəbər verir ki, Fərid Əsgərov peşəkar karate mütəxəssisidir. 2017-ci ildə Azərbaycan Karate Federasiyasının birinci vitse-prezidenti vəzifəsinə seçilib. O, bir müddət Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Təlim və Tədris Mərkəzinin rəisi olub. Bu ilin fevral ayında isə Prezidentin Təhlükəsizlik Xidmətinin rəis müavini təyin edilib.
Fərid Əsgərov Bakı İdman Sarayının direktoru Əli Əsgərovun qardaşıdır. /savashmedia.az/