İsraildən ŞOK AÇIQLAMA: Bu ölkələrlə münasibətlərimizi düzəldəcəyik


İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, Təl-Əviv administrasiyası Colan təpələrinin İsrail tərəfindən işğalının davam etməsi şərti ilə Suriya və Livanla münasibətləri normallaşdırmağa hazırdır.

Turkustan.az xəbər verir ki, nazir Saar Qərbi Qüdsdə Avstriya xarici işlər naziri Beate Meinl-Reisinger ilə keçirdiyi mətbuat konfransında Qəzza zolağında atəşkəs və Təl-Əvivin bölgədəki ərəb ölkələri ilə münasibətləri normallaşdırmaq səyləri ilə bağlı açıqlamalar verib.

İsrailin normallaşma üçün ərəb ölkələri ilə imzaladığı "İbrahim razılaşması"nı genişləndirmək istəyini ifadə edən Saar: "İsrailin əsas və təhlükəsizlik maraqlarını qoruyaraq Suriya və Livan kimi qonşu ölkələri sülh və normallaşma dairəsinə daxil etmək istəyirik" dedi.

1967-ci ildən İsrailin işğalı altında olan və beynəlxalq hüquqa görə Suriya ərazisi sayılan Colan təpələrinin “44 ildir İsrailin suverenliyi altında olduğunu” müdafiə edən Saar: “İstənilən sülh müqaviləsində Qolan İsrail dövlətinin bir hissəsi olaraq qalacaq” dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ