Pezeşkian: MAQATE-nin ikili mövqeyi region üçün problem yaradır


İran prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranın nüvə faylı ilə bağlı “ikili standart” mövqe sərgilədiyini iddia edərək, bu yanaşmanın regional və dünya təhlükəsizliyini təhdid etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Tesnim Xəbər Agentliyinin məlumatına görə, Pezeşkiyan fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.

Görüş zamanı Pezeşkian deyib: "İran hökuməti, parlamenti və xalqı MAQATE-nin baş katibinin bütün əməkdaşlığa baxmayaraq, bizim nüvə faylımıza qarşı qərəzsiz olmadığını düşünür. MAQATE-nin ikili standart mövqeyi regional təhlükəsizlik üçün problem yaradır".

İranın nüvə fəaliyyətlərinin MAQATE müfəttişlərinin nəzarəti altında və aktiv müşahidə kameraları ilə həyata keçirildiyini bildirən Pezeşkian, "Buna baxmayaraq, İsrailin nüvə obyektlərimizə qarşı təxribatı, daha sonra isə ABŞ hərbi hücumları baş verdi. MAQATE bu qanunsuz hərəkətləri pisləmək əvəzinə onlara haqq qazandırmağa çalışdı" dedi.

İran prezidenti Pezeşkian deyib: “Agentlik ölkələrin hüquqlarına hörmət etməli, ayrı-seçkiliyə yol verməməli və üzv ölkələrin qanuni hüquqlarını müdafiə etməlidir”.

Fransa prezidenti Makron İsrailin hücumlarında həyatını itirən İran vətəndaşlarına başsağlığı verib.

"Fransa ABŞ və İsrailin İrana hərbi hücumlarını pisləyən ilk ölkələrdən biri oldu. Biz İsrailin baş nazirinə açıq şəkildə bildirdik ki, bu rejimin İranın nüvə faylına müdaxilə etmək üçün heç bir qanuni və hüquqi mövqeyi yoxdur", - Makron bildirib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ