ABŞ mətbuatı: Donald Tramp Suriyaya qarşı sanksiyaları yumşaldır


ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaların yumşaldılmasına dair sərəncam imzalayacağı bildirilir.

Turkustan.az xəbər verir ki, CBS müxbirinin X hesabında yazdığına görə, müvafiq fərman bu gün imzalanacaq.

ABŞ prezidenti Donald Tramp may ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Əhməd Şara ilə görüşüb.

ABŞ prezidenti Əhməd Şaraanı tərifləyib və Suriyaya qarşı sanksiyaların tamamilə aradan qaldırıla biləcəyinə işarə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ