Rusiya-Azərbaycan əlaqələrinin indiki durumuna münasibətim çox mənfidir. Mən hesab edirəm ki, bu münasibətlər Rusiya və Azərbaycandan asılı deyil. Bu, müxtəlif transmilli, maliyyə elitalarından asılıdır. Onlardan bəziləri Rusiya, bəziləri Azərbaycanla işləyirlər. Həmin transmilli qruplar arasında münaqişə təəssüf ki, Rusiya ilə Azərbaycan arasında münasibətləri müəyyən edir.
Turkustan.az Bakupost.az-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko Yekaterinbruqda azərbaycanlılara qarşı baş verən hadisələr fonunda iki ölkə arasında münasibətləri şərh edərkən bildirib.
"Yekaterinburqda baş verənləri diqqətlə izlədim, bu barədə yazılanları oxudum. Bu hadisələrin mahiyyəti nədir? Orada saxlanılan Səfərovları günahlandırırlar ki, onlar 2000-ci ilin əvvələrində Azərbaycan vətəndaşı olan Yunus Paşayevi öldürüblər. İndi bu hadisə ilə bağlı detallı epizodlar üzə çıxıb. Mən bilmirəm, bu həqiqətdir, həqiqət deyil, amma bu qətli onların törətdiyini deyirlər. Aydındır ki, bu məlumatlar güc strukturlarından sızıb. Orada bu barədə detallı məlumat verilir. Bildirilir ki, bu işdə Şıxlinski soyadlı avtoritetin də adı keçir. O, Rusiyanın iqtisadi-kriminal həyatında kifayət qədər tanınmış şəxsdir. Orada talışlarla müəyyən problemlər olduğu deyilir və s. Bu və ya başqa cür, detalların dərinliyinə varmadan deyilir ki, bu Paşayevin qətli daxili məsələdir", - o vurğulayıb.
M.Şevçenkonun sözlərinə görə, əsas sual onunla bağlıdır ki, bu məsələ niyə məhz indi ortaya atılıb:
"Buna kim təşəbbüs göstərdi.? Burada bir neçə versiya var. Birincisi, Yekaterinburqda rəhbərlik dəyişib, Pasler yeni qubernator təyin olunub. Onu tanıyanlar deyirlər ki, birbaşa, sərt adamdır. Onun əvvəlki qubernator Kuyvaşevlə münasibətləri yaxşı olmayıb. Kuyveşev onu sıxışdırdı və o, Orenburq vilayətinə getdi. İndisə qayıdıb və regiondakı nüfuzlu qüvvələrin xəritəsini yenidən müəyyən edir. Yekaterinburqda kimlər özünü müstəqil fiqur hesab edir, Paster onları öz yerində oturtmağa başlayır. Bu, birinci variantdır. İstənilən dövlət mütləq belə hərəkət edərdi. Əgər dövlət kiminləsə qarşılaşırsa, kimsə uzun müddət yaşayır və düşünürsə, onun hər şeyi ələ keçirilib, onda istənilən dövlət gec və ya tez belə edir. Bunu bizə tarix göstərir, Kalbera tarixi, Fransanın qüdrətli maliyyə tarixi, Xodorkovskinin tarixi. Dövlət həmişə daha güclüdür. Necə ki indi Ermənistanda dövlət güclüdür. Orada dövlət kilsəyə, diaspora qarşı gedir və sizi əmin edirəm ki, dövlət qalib gələcək. O, emosiyasız, prosedura uyğun hərəkət edir və s.
İkinci variant bu hadisələrin İran-İsrail münaqişəsi ilə əlaqəli olmasıdır. Bunu istisna etmirəm. Bu, daha dərin məsələdir. Azərbaycan hər zaman İsraillə sıx əlaqələrinin olduğunu vurğulayırdı. Və hətta müharibə səviyyəsində Yerusəlimdə seminar planlaşdırılmışdı. Xəzər məsələsi ilə bağlı ABŞ-Azərbaycan-İsrail seminarı. Ehtimal edilirdi ki, İran müharibədə məğlubiyyətə uğrayacaq. Bu hadisələrin dolayı əlaqəsi ola bilər. Çünki Yekaterinburqda baş verənlərdə talışların da adı hallanır. Onlar irandilli xalqdırlar. İranlı deyillər, müstəqil xalqıdırlar. Onların dili qədim "Avesta"nın dilini xatırladır.
Mən düşünürəm ki, bu məsələdə çoxlu kartlar yenidən dəyişdirilir. Dünən özünü nüfuzlu hesab edənlər bu gün öz mövqelərini itirməyə başlayırlar. Yekaterinburqda baş verənlərdə yeganə bir məqamı - bunun Rusiya-Azərbaycan hadisəsi olduğunu görmürəm. Mən başa düşümürəm, məgər Azərbaycan və Rusiya hakimiyyətləri biznesə bu qədər sıx bağlıdırlar? Yekaterinburqadakı hadisələrdə axı söhbət Azərbaycan əsilli Rusiya vətəndaşlarından gedir. Saxlanılanlar Azərbaycan vətəndaşına deyil, azərbaycanlıya qarşı mümkün kriminal hadisədə günahlandırılırlar. Burada hər şey bir-birinə qarışıb. Mən şəxsən onun tərəfdarıyam ki, istənilən cinayət, - əgər o, həqiqətən də baş veribsə, - prossesual qaydada, qanunlara uyğun şəkildə sübut olunsun. Saxlanılanlara işgəncə verilməsin, onların öz əleyhinə ifadə verməsinə məcbur edən hərəkətlər edilməsin.
Məsələnin siyasi tərəfinə gəlincə, bu, ölkələrarası deyil, klan-elita arasında olan problemdir. Mən hesab edirəm ki, Rusiya-Azərbaycan münasibətləri Rusiyanın, yaxud Azərbaycanın öz daxilində hansısa qüvvələri sakitləşdirmək, yerinə oturtmaq istəyindən zərər görməməlidir".
M.Şevçenko həmçinin bildirib ki, Azərbaycan tərəfi Rusiya Prokurorluğuna müraciət edib istintaqın birgə aparılmasını təklif edə və bu yolla həqiqəti üzə çıxarmaq olar.