Tramp TƏKZİB ETDİ: İrana heç nə təklif etməmişəm


ABŞ prezidenti Donald Tramp deyib ki, o, İranın nüvə obyektlərinə hücumlardan sonra “Tehran administrasiyası ilə görüşməyib” və İrana heç bir təklif irəli sürməyib.

Turkustan.az xəbər verir ki, Tramp İranın nüvə obyektlərinə edilən hücumlardan sonrakı proseslə bağlı Truth sosial media hesabından açıqlama verib.

Prezident Tramp: “Kimsə demokrat senator Kris Coonsa desin ki, mən İrana heç nə təklif etməmişəm”.

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın İrana milyardlarla dollar ödədiyinə və eyni şeyi etməyəcəyinə işarə edən Tramp Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) da qüvvəsini itirdiyini bildirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ