Tramp: İran dinc qalarsa, sanksiyalar ləğv ediləcək


ABŞ prezidenti Tramp İsrailin İrana qarşı başladığı və 12 gün davam edən qarşılıqlı toqquşmalardan hər iki tərəfin çox yorulduğunu bildirib.

Turkustan.az xəbər verir ki, İrana qarşı sanksiyaların ləğvi ehtimalından danışan Tramp: "Sanksiyalar hələ də qüvvədədir. Amma üzərlərinə düşəni etsələr, sülhpərvər olsalar və bizimlə əməkdaşlıq etsələr, bir daha zərər verməsələr, o zaman sanksiyaları qaldıracağam" deyib.

Tramp mövcud hadisələrlə bağlı Fox News-a açıqlamalar verib.

İsrailin İrana hücumları ilə başlayan münaqişədə hər iki tərəfin tükəndiyini və ABŞ-ın İrana endirdiyi hava hücumlarının uğurla nəticələndiyini bildirən Tramp İranın hücumlardan əvvəl zənginləşdirilmiş uranı başqa yerə daşıdığına dair iddiaları da rədd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ