Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarı olduqlarını və prosesin “mümkün qədər tez” başa çatmasını istədiklərini bildirib.
Turkustan.az xəbər verir ki, normallaşma prosesinin "mümkün qədər tez" tamamlanmasını istədiklərini vurğulayan Kallas: "İkitərəfli normallaşma istiqamətində əldə edilən irəliləyişdən məmnunuq və ruhlandırırıq, çünki Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər bölgədə davamlı sülhə yol aça bilər" dedi.
Kaja Kallas Mirzoyanla Ermənistana Aİ-nin qlobal missiyalarına töhfə verməyə imkan verəcək “çərçivə iştirak sazişi” imzaladıqlarını və viza rejiminin liberallaşdırılması dialoqunda da irəliləyiş əldə olunduğunu bildirib.
Aİ Komissiyasının Qara dənizdə “erkən xəbərdarlıq sistemi” funksiyasını yerinə yetirəcək “Qara Dəniz Dəniz Təhlükəsizliyi Mərkəzi”nin yaradılması təklifini xatırladan Kallas bu strategiyanı həyata keçirmək üçün Ermənistan da daxil olmaqla bütün tərəfdaşlarla çalışacaqlarını bildirib.
Aytən Yaşar/ Turkustan.az