Dünən Pakistana qarşı törədilən dəhşətli terror hücumunu qınayıram.
Turkustan.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Pakistanda törədilən terror aktını pisləyərək: "Hücumda həyatını itirən pakistanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Dost və qardaş Pakistan xalqına və hökumətinə başsağlığı verirəm" deyib.
Ərdoğan sosial media hesabından açıqlamasında bunları qeyd edib:
"Türkiyə olaraq köhnə dostumuz Pakistana terrorla mübarizədə dəstəyimizi davam etdirəcəyik, sevincli günlərdə qardaşımızın yanında olduğumuz kimi, çətin günlərdə də yanındayıq".
Aytən Yaşar/ Turkustan.az