Rusiya: Ukrayna ilə üçüncü raundun tarixi tezliklə bəlli olacaq


Kremlin sözçüsü Dmitri Peskov Rusiya və Ukrayna arasında üçüncü raund danışıqlarının tarixinin ən qısa zamanda dəqiqləşdirilməsini gözlədiklərini bildirib.

Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.

Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun nə vaxt keçiriləcəyi ilə bağlı sualı cavablandıran Peskov deyib: “Biz bunun ən qısa zamanda aydın olmasını gözləyirik”.

Serbiyadakı etirazlara da toxunan Peskov Serbiyanın xaricdən böyük təzyiq altında olduğunu ifadə edərək: "Rəngli inqilabları təhrik etmək üçün istifadə edilən texnologiyaların orada işə salınmasını gözardı etməməliyik" dedi.

Peskov Serbiya hökumətinin ən qısa zamanda asayişi bərpa edəcəyinə ümid etdiyini bildirib.

Ermənistanın ötən il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurduğunu qeyd edən Peskov bunun Ermənistanın suveren qərarı olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ