Xameneinin müşavirindən şok açıqlama: İsraildən mənə mesaj gəldi ki...


İran lideri Ayətullah Əli Xameneinin müşaviri və parlamentin keçmiş sədri Əli Laricani İsrailin hücumlarının ilk günündə İranın bir çox siyasi, hərbi və təhlükəsizlik rəsmilərinə təhdid mesajları göndərdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Laricani bu abrədə dövlət televiziyasında iştirak etdiyi proqramda danışıb. İsrailin məqsədinin təkcə siyasi və hərbi quruluşu deyil, həm də ölkə lideri Xameneini birbaşa təhdid edərək dövlət quruluşunu sürətlə dağıtmaq olduğunu bildirən Laricani, "Düşmən hesablamışdı ki, rəhbərlərin görüşü zamanı yüksək rütbəli İran rəsmilərini hədəfə alaraq dövlət quruluşunu sürətlə sıradan çıxara bilər. Onların növbəti addımı birbaşa İslam İnqilabının Rəhbərini təhdid etmək idi" deyib.

İsrail və ABŞ-ın İran xalqının qarşıdurma qarşısında hökuməti tərk edəcəyi ilə bağlı fərziyyələrinin yanlış olduğunun başa düşdüyünü deyən Laricani vurğulayıb ki, xalqın güclü birliyi və müqaviməti İsraili hədəflərini yenidən nəzərdən keçirməyə məcbur etdi" dedi.

Laricaninin sözlərinə görə, İsrailin iyunun 21-dən etibarən məqsədlərinə çata bilməyəcəyi bəlli olduqda, üçüncü tərəf vasitələr işə qarışıb. Hücumların ilk günündə İsrailin bəzi İran siyasi, hərbi və təhlükəsizlik rəsmilərinə təhdid mesajları göndərdiyini bildirən Laricani bunları qeyd edib:

"Mənə də mesaj gəldi ki, Tehranı tərk etmək üçün 12 saat vaxtım var. Əks halda, mərhum komandir Qulaməli Rəşid və general-mayor Məhəmməd Baqeri ilə eyni aqibəti paylaşacağımı dedilər, amma mən onlara Netanyahu kimi birinə yaraşan cavab verdim". /Publika.az/


MANŞET XƏBƏRLƏRİ