NATO üzvləri 2035-ci ilə qədər müdafiə xərclərini yüzdə 5-ə çatdırmaq barədə razılığa gəliblər.
Turkustan.az xəbər verir ki, NATO sammitinin bəyannaməsində 2026-cı il NATO Zirvə toplantısının Türkiyədə keçiriləcəyi açıqlanıb və "2026-cı ildə keçiriləcək görüşü səbirsizliklə gözləyirik" ifadəsi yer alıb. NATO sammitinin bəyannaməsində həmçinin deyilirdi ki, “Üzv ölkələr NATO-nun 5-ci maddəsinə sadiqliklərini təsdiqləyiblər”.
Bir jurnalistin "Trampı tərifləməyiniz normaldırmı?" sualına Rutte belə cavab verib: "Məncə, belə deyil. Tramp bizim yaxşı dostumuzdur və məsələn, o, bizim daha çox sərmayə qoymağımızı təmin edir. Sizcə, Tramp bir qədər tərifə layiq deyil? O, İranla bağlı məqsədlərinə çatdı. O, İranın nüvə imkanlarını mütləq məhv etdi".
NATO-nun baş katibi Mark Ruttenin Haaqa sammiti zamanı ABŞ prezidenti Donald Trampı tərifləməsi görüşün diqqət mərkəzində olub. Rutte, "İran və İsrail arasındakı müharibəyə gəlincə, Prezident Tramp bu atəşkəsin davam etməsi üçün çox çalışır. İranın nüvə silahı ola bilməz. ABŞ-ın İrana hücumu qanunidir. Tramp çox kritik bir vəzifəni üzərinə götürüb. Heç bir başqa ölkə ABŞ əməliyyatını həyata keçirə bilməzdi. Bu hücum İrana çox böyük zərbə vurdu" dedi.
Aytən Yaşar/ Turkustan.az