Lavrov: “Qiyamət saatı” gecə yarısı yaxınlaşır


“Qiyamət saatı” gecə yarısı yaxınlaşır, Rusiya nüvə münaqişəsinin qarşısını almaq üçün fəal işləyir.

Turkustan.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Qlobal təhlükəsizlik yəqin ki, ən vacib məsələdir, xüsusən də bədnam “Qiyamət saatı”nın tıqqıltısı və əqrəbinin gecə yarısına yaxınlaşdığı indiki mərhələdə bunun qarşısını almaq vacibdir və biz fəlakətin qarşısını almaq üçün fəal işləyirik”, - deyə o, Türkmənistan Xarici İşlər Nazirliyinin əməkdaşları, Beynəlxalq Əlaqələr İnstitutunun müəllimləri və tələbələri qarşısında çıxış edib.

Nazirin sözlərinə görə, Avropada revanşist əhval-ruhiyyənin güclənməsini nəzərə alsaq, üçüncü dünya müharibəsi təhlükəsi barədə danışmaq adi hala çevrilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ