Putin Ukraynada münaqişənin həlli üçün şərtləri açıqlayıb


Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna böhranını həll etmək üçün Ukraynada nüvə silahının yaranması ehtimalını istisna etmək lazımdır.

Turkustan.az xəbər verir ki, prezident Sky News Arabia Əmirliyinin televiziya kanalına müsahibəsində bunları deyib: "Ukraynanın neytrallığını, heç bir xarici ittifaqlara qoşulmadığını bəyan etmək, həmçinin nüvə silahı əldə etmək imkanını istisna etmək lazımdır".

Putinin ərəb dilinə tərcümə edilən sözlərinə görə, səslənən tələblər regionda uzunmüddətli sabitliyin əsasına çevriləcək. Rusiya prezidenti vurğulayıb ki, bu və digər şərtlərə məhəl qoyulmaması, o cümlədən Rusiyanın Donbass və Novorossiya üzərində suverenliyinin tanınması “silahlı münaqişənin yenidən başlanması ehtimalı” deməkdir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ