Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və digər bir sıra rəsmilər saxlanılıb. Saxlanılanlar arasında Qax şəhər bələdiyyəsinin sədri Eyvaz Orucov da var.
Əldə etdiyimiz məlumata görə, Eyvaz Orucov Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadənin bacanağıdır. Qaxda onun ləqəbinin "Kitayski Əhmədzadə" olduğu deyilir.
Qeyd edək ki, Qaxın icra başçısı Musa Şəkiliyev də Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadə və qardaşı Mübariz Əhmədzadənin xalası oğludur./Bizim.Media