Sabit tarif anlayışına aydınlıq gətirilib.
Turkustan.az xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı bu tarifin artıq vətəndaşların ödədiyi vəsaitin içərisində olduğunu deyib.
"Vətəndaşlarımızın evlərində istifadə elədikləri enerjiyə görə ödədikləri vəsaitin içərisində artıq sabit tarif var. Enerji sahəsində aparılan islahatlarda ötürülmə, paylanma ayrılandan sonra sabit tarifin ayrılması bu sahəyə xüsusi diqqətin vətəndaşlarımızın fasiləsiz, davamlı enerji ilə təmin olunmasına yönəlilən bir maddədir" - deyə deputat vurğulayıb.
Qeyd edək ki, Milli Məclisdə müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" və "Elektroenergetika haqqında" qanun layihələrində sabit aylıq tarif modelinə keçid öz əksini tapıb./Bizim.Media