Naxçıvanın muxtar respublika statusunu ləğv etmək lazımdır


“Naxçıvanın muxtar respublika statusunu ləğv etmək barədə düşünməliyik”.

Turkustan.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev iyunun 21-də parlamentdə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununa təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

“Naxçıvanda muxtar respublikanın saxlanılmasına ehtiyac olub-olmadığı barədə müzakirələr aparılmalıdır. Orada muxtariyyətin ləğvi barədə düşünmək lazımdır. Naxçıvanda xidmət sahələri yaradılmalıdır. Maksimum çalışmaq lazımdır ki, idarəetmə xərcləri azalsın. Azərbaycan Konstitusiyasına dəyişiklik etdikdən sonra Naxçıvan barədə də düşünməliyik” , - o bildirib./publika.az


MANŞET XƏBƏRLƏRİ