İsrail mediası İsrailin şimalındakı Beyt Şean şəhərində bir binanın pilotsuz təyyarənin zərbəsi ilə vurulduğunu bildirib.
Turkustan.az xəbər verir ki, hücumda ölən və yaralanan olmasa da, İranın Şahed-136 pilotsuz uçuş aparatının ilk dəfə olaraq İsrailin Dəmir Qübbə hava hücumundan müdafiə sistemini yan keçməyi bacardığı qeyd edilib.
İran hökumətinin sözçüsü Fatma Mühacerani İsrailin təcavüzünə qarşı İrana dəstək verən ölkələrə təşəkkür edərək, “Rusiya, Çin, Türkiyə və Pakistanın aydın və qətiyyətli mövqeyini yüksək qiymətləndiririk” deyib.
İranın Qum və Buşəhr əyalətlərində İsrailin xarici kəşfiyyat xidməti Mossad adından fəaliyyət göstərdikləri üçün ümumilikdə 31 nəfər saxlanılıb.
İranın səhiyyə nazirinin müavini Əbdürrəhman Rüstəmian İsrailin İrana hücumları nəticəsində həyatını itirən mülki vətəndaşların sayının 430-a, yaralıların sayının isə 3500-ə yüksəldiyini bildirib.
İran mediası İsrail qüvvələrinin səhər saatlarında İsfahandakı nüvə obyektini hədəfə aldığını bildirib. Məlumata görə, obyektdə nüvə sızması aşkar edilməyib.
Aytən Yaşar/ Turkustan.az