Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq


Azərbaycanda yeni dövlət qurumu yaradılacaq.

Bu barədə “Yeni Sabah” hökumət mənbələrinə istinadən xəbər verir. Məlumata görə, yeni qurum iqtisadi sahə ilə bağlı olacaq və iyul ayında yaradılması planlaşdırılır.

Yeni quruma keçmiş Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin sədr olacağı gözlənilir.

Qeyd edək ki, bu ilin fevral ayında prezident İlham Əliyevin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib. Yeni Agentliyin yaradılması ilə əvvəlki qurumun Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli vəzifəsini itirib. Bu ilin aprel ayında isə Məmməd Abbasbəyli iqtisadiyyat nazirinin müşaviri vəzifəsinin icra edilməsi həvalə edilib.


MANŞET XƏBƏRLƏRİ