İrandan təslim olmağa çağırış! İslami amnistiya vəd etdilər


İsrailə qarşı cavab hücumlarını davam etdirən İranın Ali Milli Təhlükəsizlik Şurası, Təl-Əviv tərəfindən aldadılan və şüurlu və ya şüursuz əməkdaşlıq edənlərə çağırış edib.

Turkustan.az xəbər verir ki, Şura bu şəxslərə könüllü təslim olmaları üçün 22 iyun bazar gününə qədər vaxt verildiyini açıqlayıb. “Müharibə zamanı düşmənlə əməkdaşlıq etmək niyyəti olmadan, sadə əməkdaşlıq ideyası ilə və ya bilməyərəkdən rejimlə və ya onun ünsürləri ilə təmasda olanlar və müharibə başlayanda rejimin tələsinə düşənlər göstərilən müddətdə təslim olmalıdırlar”, - deyə bəyanatda qeyd olunub.

Təslim olmaq istəyənlərin polis və təhlükəsizlik qüvvələrinə müraciət edə biləcəyi bildirilən açıqlamada, “mini pilotsuz uçuş aparatları, texnika və silahları ilə təslim olanlar İslami əfv dairəsinə daxil edilərək xalqa qayıda biləcəklər” ifadəsi işlədilib.

Daha əvvəl İranda Erak, Tehran və Xürrəmabad şəhərlərində Mossad-a casusluq ittihamı ilə çoxlu adamın həbs edildiyi, çoxlu sayda mini pilotsuz təyyarənin ələ keçirildiyi açıqlanmışdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ