Yerin altından siqnallar gəldi – ALİMLƏR ŞOKDA


Yer Kürəsinin dərin qatlarından gələn qəribə siqnallar alimləri çaş-baş salıb.

Turkustan.az xəbər verir ki, Physical Review Letters jurnalında dərc edilən məqaləyə görə, sirli radio dalğaları Antarctic Repulsor Transient Antenna (ANITA) tərəfindən kəşf edilib.

Tədqiqatçılar kainatdakı hadisələrlə bağlı yeni anlayışlar əldə etmək üçün xüsusi balonlardan istifadə ediblər. Balonlara quraşdırılmış alətlərlə fiziki olaraq aşkarlanması mümkün olmayan siqnalları eşidiblər.

Açıqlamaya görə, Antarktidanın sərt buzlaqları altından belə radio dalğaları aşkar edilməsi əslində mümkünsüzdür. Tədqiqatçılardan biri olan Stefani Uissel, radio dalğalarını neytrino olaraq bilinən bir hissəciyi axtararkən kəşf etdiklərini açıqlayıb. Onun sözlərinə görə, dalğalar minlərlə kilometrlik buz qayalardan keçərkən səslər udulmalı idi.

Uisselin sözlərinə görə, neytrino yüksək enerji mənbələri tərəfindən yayılır və adətən onları aşkar etmək çətindir. Hər gün bir milyard neytrino yanımızdan ötüb keçə bilər, lakin onlar insanla qarşılıqlı əlaqədə olmurlar. Lakin tədqiqatçılar öz tapıntılarını digər iki təcrübə ilə müqayisə edərək, nəticələrin üst-üstə düşmədiyini aşkar ediblər. Bu o deməkdir ki, onların tapdıqları neytrino deyil, nədirsə tamamilə başqa bir şeydir.

Mütəxəssis bildirir ki, bu tapıntılar müəyyənləşsə, kosmik hadisələr haqqında ən güclü teleskopların belə edə bilmədiyi məlumatlar ortaya çıxara bilər./bizim.media


MANŞET XƏBƏRLƏRİ