Tramp İranla bağlı tənqidi mesajlar verdi: Nələr olacağını görəcəyik!


ABŞ prezidenti Donald Tramp İsrail və İran arasındakı münaqişə ilə bağlı "İranla danışacağıq və bundan sonra nə olacağını görəcəyik" deyib.

Turkustan.az xəbər verir ki, İsrailin İrana hücumları ilə başlayan münaqişələr davam etdikcə, diplomatik gediş-gəliş də sürətlənib. İran bu gün Avropa ölkələrinin rəsmiləri ilə görüşərkən, ABŞ prezidenti Donald Trampdan tənqidi açıqlama gəlib.

İranla danışıqların uzun müddətdir davam etdiyini də açıqlayan ABŞ prezidenti: "İranla danışırıq. İran Avropa ilə danışmaq istəmir. Həftələr və ya, aylar ərzində İranın nüvə silahına sahib olacağı düşünülür" deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ