Ukrayna “çirkli bomba” istifadə etsə, Rusiya taktiki nüvə silahı ilə cavab verəcək.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"Prezidentin dünən danışdığı çirkli bombanın yaradılması və istifadəsinə düşmənin mümkün cəhdləri barədə onu deyim ki, bu, təbii ki, son dərəcə təhlükəli təxribat olardı və ona mütənasib cavab verilməli idi. Nə ilə? Təmiz bomba ilə: taktiki nüvə silahları ilə. Bizdə bunlar kifayət qədərdir" .
Medvedev əlavə edib ki, gələcək həyat və ətraf mühit üçün fəsadlar barədə susacaq, lakin Kiyev onları “yaxşı təsəvvür etməlidir”. “Qoy onlar Çernobılın qadağa zonasında gəzsinlər və rəngli teleseriala baxsınlar”, - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini tövsiyə edib.
Aytən Yaşar/ Turkustan.az