İtaliya: NATO-nun artıq mövcud olması üçün heç bir səbəbi yoxdur


İtaliya mətbuatında yer alan xəbərlərə görə, nazir Guido Krosetto Padova şəhərində keçirilən simpoziumda iştirak edib.

Turkustan.az xəbər verir ki, Krosetto buradakı çıxışında dünyanın mərkəzinin dəyişdiyinə diqqət çəkərək, "NATO-nun artıq varlıq səbəbi yoxdur. Bir zamanlar dünyanın mərkəzi Atlantik okeanı idi, indi bütün dünyadır" dedi.

Krosetto NATO-nun da dəyişən mövzulara uyğunlaşmalı olduğunu vurğulayaraq, bir vaxtlar ABŞ və Avropanın dünyanın mərkəzi olduğunu, indi isə dünyanın qalan hissəsi ilə əlaqələrin qurulmasının zəruri olduğunu bildirib.

Crosetto: "Əgər NATO sülhü və qarşılıqlı müdafiəni təmin etmək üçün yaradılıbsa, bu vəzifəni üzərinə götürməli və dünyanın cənubu ilə də dialoq quran bir təşkilata çevrilməlidir. Əks halda, hər kəsə şamil edilən qaydalar çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədinə nail ola bilmərik" dedi.

Bunun hələ də 30 il əvvəl baş verdiyi kimi düşünüldüyünü bildirən İtaliya müdafiə naziri bunları qeyd edib:

"Amma hər şey dəyişdi. Biz Avropa haqqında elə danışırıq ki, sanki bu, nəyisə ifadə edirdi. Bəlkə də bir vaxtlar özünə siyasi rol versəydi, etmədiyi siyasi rolu, özünü xarici siyasət və ya müdafiə ilə təchiz etsəydi, nəyisə ifadə edə bilərdi. Amma onun vaxtı keçdi və mən bunu kədərlə deyirəm, dünya dəyişdi".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ