Tramp: İsrailə "Dur" demək artıq çox çətindir


ABŞ prezidenti Donald Tramp İran-İsrail münaqişəsi ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsraildən hava hücumlarını dayandırmasını istəməyin çətin olduğunu deyib, lakin İsrailin yaxşı getdiyini bildirib. Tramp şərtlərdən asılı olaraq atəşkəsi dəstəkləyə biləcəyini deyib və İranın Avropa ilə deyil, ABŞ ilə danışmaq istədiyini bildirib.

ABŞ prezidenti həmçinin bəyan edib ki, ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbardın İranın nüvə silahı istehsal etməməsi barədə bəyanatı yanlışdır.

İran məsələsi ilə bağlı “Son istədiyin şey quru qüvvələridir” deyərək qurudan hücuma həvəsli olmadığını ifadə edən Tramp.

ABŞ prezidenti: "Mən müharibəni necə dayandıracağımı bilmirəm" dedi. Tramp bildirib ki, İranın razılığa gəlməsi üçün ən çoxu 2 həftə vaxtı var.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ