PKK- nın aparıcı simalarından olan Duran Kalkan terror təşkilatının mətbuat orqanına çıxıb və tənqidi açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, daha əvvəl “ PKK İcraiyyə Komitəsinin üzvü” kimi təqdim edilən Kalkan bu dəfə ekrana “Abdullah Öcalan İctimai Elmlər Akademiyasının üzvü” kimi çıxıb. Bu dəyişiklik təşkilatın daxili strukturunda transformasiyanın əlaməti hesab olunur.
Təşkilatın silahlı mübarizə dövrünü tamamilə bağladığını ifadə edən Kalkan: " PKK- nın dağılmasından geri dönüş yoxdur. Silahlı mübarizə strategiyasını sonlandırmaqda qərarlıyıq. Qərar verdik. Əvvəlki silahlı mübarizə xəttini qətiliklə izləməyəcəyik" dedi. Bu sözlər təşkilatın köklü dəyişiklik prosesinə girdiyini və silahlı fəaliyyətinə son qoymaq iradəsini açıq şəkildə ictimaiyyətə bəyan etdiyini göstərir.
Qəndil qanadının silahı buraxma qərarının verildiyi konqresdə təqdim etdiyi hesabatın təfərrüatları da üzə çıxıb. Hesabatda “Bundan sonra PKK adı altında fəaliyyətə son qoyulacaq” açıq şəkildə qeyd edilib. Qurultayda qəbul edilən qərarın bu istiqamətdə formalaşdığı öyrənilib. Qurumun idarəçiləri bu qərarın qurumun bazasına izah edilməsi üçün sıx səy göstərirlər və alınan məlumata görə, inandırma prosesi böyük ölçüdə uğurla həyata keçirilir.
Aytən Yaşar/ Turkustan.az