“Tehrana qarşı təcavüz dayandırılacağı təqdirdə İran da İsrailə hücumlarını dayandıracaq”.
Turkustan.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.
“Biz özümüzü müdafiə edirik. Həmçinin İsrail hücumları dayandıracağı təqdirdə, İran nüvə silahına malik olmayacağını təsdiq edən sazişi imzalamağa hazırdır” – deyə nazir əlavə edib.