ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, son günlər amerikalı iş adamı İlon Maskla gərginlik yaşayan Tramp Maskla münasibətlərinin yaxşılaşdığına işarə edib.
Tramp “Mask məni çox sevir” deyib.
Tramp elektrikli avtomobilin (EV) mandatının qaldırılmasında ilk gündən onunla razılaşdığını ifadə edərək, Maskın bu məsələdə problem görmədiyini və onu dəstəkləməyə davam etdiyini bildirib.
"Mask mənimlə heç vaxt bu barədə danışmadı. Mən buna heyrətə gəldim, çünki bu, onun üçün yaxşı ola bilməz", - ABŞ prezidenti deyib.
Aytən Yaşar/ Turkustan.az