Medinski: Rusiya ilə uzun müddət mübarizə aparmaq mümkün deyil


Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Vladimir Medinski Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.

Turkustan.az xəbər verir ki, Vall Street Journal-a danışan rus diplomat müharibənin bitməsi üçün Ukraynanın güzəştə getməli olduğuna diqqət çəkib.

Rusiya ilə uzun müddət mübarizə aparmağın qeyri-mümkün olduğunu deyən Medinski: “Xəbərdarlıq edirəm ki, Kiyevin güzəştə getməməsi onların daha çox ərazi itirməsinə səbəb olacaq”.

Medinski öz bəyanatını dəstəkləmək üçün tarixə istinad edib. Rus diplomat Rusiyanın 18-ci əsrdə İsveçlə 21 illik müharibəsinə diqqət çəkib.

O, sülh istədiklərini bildirib və əlavə edib: "Ukrayna başqalarının milli maraqlarını rəhbər tutmağa davam edərsə, biz cavab verməli olacağıq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ