Vergilərin azaldılması qanun layihəsinin müzakirəsi zamanı ABŞ prezidenti Trampı sərt tənqid edən milyarder iş adamı İlon Mask geri addım atıb.
Turkustan.az xəbər verir ki, İlon Mask bildirib ki, o, Donald Trampla bağlı bəzi yazılarına görə peşmandır.
Mask X sosial media hesabında son günlər Trampla yaşadığı gərginliklə bağlı paylaşım edib. O, "Tramp haqqında yazdığım bəzi yazılardan təəssüflənirəm" deyib və bu yazılarda "həddindən artıq irəli getdiyini" qeyd edib.
ABŞ prezidenti Tramp Maskın açıqlamasına cavab verib. Tramp "İlon Maskın təəssüf hissi ilə çıxış etməsini çox yaxşı qarşılayıram" dedi.
Aytən Yaşar/ Turkustan.az