Çinin ABŞ-a mesajı: "Ticarət müharibəsi istəmirik, amma bundan da qorxmuruq"


ABŞ prezidenti Donald Tramp Londonda keçirilən ticarət danışıqlarında razılığın əldə edildiyini və ABŞ-ın 55 faiz, Çinin isə 10 faiz tarif tətbiq edəcəyini açıqlasa da, Çin tərəfi Trampın tarif bəyanatını hələlik təsdiqləməyib.

Turkustan.az xəbər verir ki, Çin qarşılıqlı tarif artımları səbəbiylə ABŞ ilə artan ticarət gərginliyinin həlli üçün İngiltərənin paytaxtı Londonda keçirilən danışıqlarda tərəflərin narahatlıqlarının həllində yeni irəliləyiş əldə edildiyini açıqlayıb.

Sinxua agentliyinin məlumatına görə, danışıqlarda Çin tərəfinə rəhbərlik edən baş nazirin iqtisadi məsələlər üzrə müavini He Lifinq iki tərəfin iqtisadi və ticarət mübahisələrini bərabər dialoq və qarşılıqlı faydalı əməkdaşlıq yolu ilə həll etməli olduğunu vurğulayıb və əlavə edib: “Çin ticarət müharibəsi istəmir, lakin bundan da qorxmur".

Hı Londonda keçirilən ABŞ və Çin arasında iqtisadi və ticarət məsləhətləşmə mexanizminin görüşündə tərəflərin qarşılıqlı narahatlıqlarının həllində yeni irəliləyişlərin əldə edildiyini vurğulayaraq, iki ölkənin razılaşmanı növbəti prosesdə fəaliyyətə çevirərək çətin əldə edilən nəticələrin təmin edilməsi, qlobal iqtisadiyyata sabitlik və proqnozlaşdırıla bilənliyi təmin edəcək konstruktiv iqtisadi-ticarət əlaqələrinin qurulması istiqamətində çalışmalı olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ