ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlər olduğunu bəyan edib.
Turkustan.az xəbər verir ki, Tramp iyunun 4-də onların telefon danışığının Ukraynadakı münaqişənin nizamlanmasına həsr olunduğunu bildirib.
"Biz daha çox müharibə və onu necə bitirmək barədə danışırdıq. Mənim onunla əla münasibətim var idi. Əgər 2020-ci il ABŞ prezidentliyi seçkiləri saxtalaşdırılmasaydı, bu müharibə heç vaxt baş verməzdi", - o, New York Post -un Pod Force One podkastında deyib .
Aytən Yaşar/ Turkustan.az