Pezeşkian: Onlar bombalasalar belə, biz yenidən quracağıq


İran prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyətinin ölkəsinə qarşı qəbul etdiyi qərarı tənqid edib və uranın zənginləşdirilməsi fəaliyyətlərini davam etdirəcəklərini bildirib.

Turkustan.az xəbər verir ki, qərarı "şər" kimi qiymətləndirən Pezeşkian,"Bu gün İngiltərə, Fransa və Almaniya İrana qarşı bir qərar verdilər. Nə etməliyəm anlamıram ki, bu dünyada pislik etməsinlər və bu ölkənin xalqı öz ayaqları üzərində müstəqil yaşaya bilsin".

Ölkəsinin dinc nüvə fəaliyyətlərini davam etdirəcəyini deyən Pezeşkian: "Öz yolumuza davam edəcəyik və zənginləşdirməyə (uranı) davam etdirəcəyik. Ölkəni gənclərimiz və alimlərimizlə quracağıq. Mərkəzlərimizi bombalasalar belə, bütün bu imkanlar bizim düşüncəmizdədir və buna görə də nə etsələr də, yenidən quracağıq" dedi.

Pezeşkian ölkəsində cəmiyyətin bütün təbəqələrini fikir ayrılıqlarını və problemlərini bir kənara qoyub ölkəni qurmaq üçün əl-ələ verməyə çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ