Ukraynanın xarici işlər naziri Andrii Sybiha Rusiyaya təzyiq etməyin vacibliyini vurğulayaraq, "Təzyiq diplomatiyasının vaxtı çatıb. Yalnız təzyiq Rusiyanı sülh axtarmağa məcbur edə bilər" deyib.
Turkustan.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sıbiha Rusiya prezidenti Vladimir Putinin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən yayındığını iddia edib.
Nazir Sybiha, İtaliyanın paytaxtı Romada keçirilən “Veymar+” formatlı toplantı çərçivəsində NATO-nun baş katibi Mark Rutte, İtaliya, Fransa, Almaniya, Polşa, Böyük Britaniya və İspaniyanın xarici işlər nazirləri, NATO və Avropa İttifaqı (Aİ) nümayəndələrinin birgə mətbuat konfransında çıxış edib.
Sybiha Avropa rəsmiləri ilə regionun təhlükəsizliyinə və Rusiya-Ukrayna müharibəsinə son qoymağa yönəlmiş sülh üsullarını müzakirə edəcəklərini bildirib.
Müttəfiq ölkələrin nümayəndələrini cəbhədəki hadisələrlə bağlı məlumatlandırdığını bildirən Sybiha, Ukrayna olaraq ABŞ-ın atəşkəs təklifini təxminən 100 gün əvvəl qəbul etdiklərini söylədi.
Aytən Yaşar/ Turkustan.az