İmamoğlu məhkəməyə qatılmadı, iddia təxirə salındı


Korrupsiya ittihamı ilə vəzifəsi dayandırılan İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun “ekspert şahidə təsir etməyə cəhd” ittihamı ilə mühakimə olunduğu işin bu gün ilk iclası keçirilib.

Turkustan.az xəbər verir ki, İmamoğlu və vəkilləri İstanbul 2-ci Asliye Cəza Məhkəməsində keçirilən ilk iclasın bu yaxınlarda Çağlayandan Silivriyə köçürülməsinə reaksiya verib. Onların iclasda iştirak etməyəcəyi bildirilib. CHP İstanbul İl sədri Özgür Çelik də dəstək məqsədi ilə keçirməyi planlaşdırdıqları mitinqin ləğv edildiyini açıqlayıb.

Əkrəm İmamoğlu “hakimlik vəzifəsini yerinə yetirən ekspertə və ya şahidə təsir etmək cəhdi” və “ədalətli mühakiməyə təsir etmək cəhdi” ittihamları ilə mühakimə olunub və iclasda iştirak etmədiyi üçün iclas sentyabrın 26-na təxirə salınıb. İmamoğlunun təyin olunmuş yerdə növbəti məhkəmə iclasında iştirak etməsi üçün onun yerləşdiyi cəzaçəkmə müəssisəsinə order yazılması qərara alınıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ