Tramp: İsrailin İrana hücumu hər şeyi məhv edəcək


ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrail-İran gərginliyi ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Tramp İsrailin İrana hücum edə biləcəyini bildirərkən, yaxın gələcəkdə baş verəcək bu hücumla bağlı heç nə demək istəmədiyini bildirib.

Donald Tramp İranla münaqişədən qaçmaq istədiyini vurğulayıb.

ABŞ prezidenti Rusiya və Ukraynadan məyus olduğunu da bildirib.

İranın çağırışlara baxmayaraq kifayət qədər əməkdaşlıq etmədiyi və öhdəlikləri arasında olan “bütün nüvə materiallarının bəyan edilməsi” ilə bağlı üzərinə düşən məsuliyyəti yerinə yetirmədiyinə dair tənqidlərin yer aldığı qətnamə layihəsi Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İcraiyyə Şurası tərəfindən 19 səslə qəbul edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ