ABŞ-ın İsraildəki səfirliyindən işçilərinə XƏBƏRDARLIQ: Paytaxtdan kənara çıxmayın!


ABŞ-ın İsraildəki səfirliyi əməkdaşlarına Tel-Əviv, Qüds və Bir-əs-Sebi (Berşeva) şəhərlərindən kənara çıxmamaq barədə xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, ABŞ səfirliyindən verilən yazılı açıqlamaya görə, qərar regional gərginliyin artması səbəbindən qəbul edilib.

Bəyanatda səfirlik əməkdaşlarına və onların ailələrinə növbəti xəbərdarlığa qədər Təl-Əviv, Qüds və Bir Essebi şəhərlərindən kənara səyahət etməmələri barədə xəbərdarlıq edilib.

İsraildəki ABŞ vətəndaşlarından da şəxsi təhlükəsizlikləri ilə bağlı diqqətli olmaları istənilib və "mürəkkəb və dəyişkən" təhlükəsizlik mühitinin yaşandığı qeyd edilib.

ABŞ prezidenti Donald Tramp dünən deyib ki, onun administrasiyası Yaxın Şərqdəki bəzi bölgələrdən rəsmilərini geri çəkmək qərarına gəlib, çünki bölgə təhlükəli yerə çevrilə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ