Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə etmək üçün Kanadada keçirilən G7 Liderlər Sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşmək istədiyini bildirib.
Turkustan.az xəbər verir ki, Zelenski Almaniyanın müdafiə naziri Boris Pistorusu paytaxt Kiyevdəki ofisində qəbul edib.
Görüşdən sonra Zelenski Pistorius ilə birgə mətbuat konfransı keçirib və Rusiya-Ukrayna müharibəsindəki son hadisələri dəyərləndirib.
Almaniya hökumətinə ölkəsinə verdiyi dəstəyə görə təşəkkür edən Zelenski Pistorius ilə keçirdikləri görüşdə cəbhədəki hadisələri və Ukraynanın ehtiyaclarını müzakirə etdiklərini söylədi.
Zelenski sammitdə Rusiyaya qarşı yeni sanksiyaların müzakirə ediləcəyini gözlədiklərini və Ukraynanın inkişafı kimi məsələlərin də müzakirə ediləcəyini bildirib.
Aytən Yaşar/ Turkustan.az