ABŞ-ın Rusiyadakı səfiri ölkəsinə geri qayıdır


ABŞ-ın Rusiya Federasiyasındakı səfiri Lin Treysi tezliklə öz missiyasını başa vuracaq.

Turkustan.az xəbər verir ki, bu barədə cümə axşamı, iyunun 12-də Amerikanın Moskvadakı səfirliyindən məlumat verilib .

“Sabah, iyunun 13-də, Moskva vaxtı ilə saat 18:30-da ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyində öz missiyasını tezliklə başa vuracaq səfir Lin Treysi ilə vidalaşmaq üçün xüsusi canlı yayıma qoşulun”, – Telegram kanalında dərc edilən məqalədə deyilir.

İyunun 12-də Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev bildirib ki , ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə bir neçə söhbətdən sonra Moskva və Vaşinqtonun münasibətləri bərpa etməli olduğu qənaətinə gəlib . O, ABŞ liderinin rusiyalı həmkarına yaxşı münasibət bəslədiyini və iki ölkə səviyyəsində təmasların davam etdirilməsinin vacibliyini anladığını vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ