Əgər erməni xalqı Rusiyanın qüdrətli imperatorunu məğlub edə bilibsə, onda satqın və kafir Nikol kimdir ki, məğlub olmasın?
Turkustan.az xəbər verir ki, bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan sosial şəbəkə hesabında kilsə-hökumət gərginliyi haqda yazıb.
"1903-cü ildə Rusiya imperatoru II Nikolay erməni kilsəsinin əmlakının müsadirə edilməsi və erməni məktəblərinin bağlanması haqqında qanun qəbul etdi. Bu, erməni xalqının bütün təbəqələri arasında o qədər etiraz və itaətsizlik dalğasına səbəb oldu ki, istər-istəməz erməni millətçiliyinin formalaşmasına təkan verdi və 1905-ci ildə imperator bu qanunu ləğv etməyə məcbur oldu”, - Petrosyan qeyd edib. /axar.az/