Rusiya və Ukrayna ağır xəstə və yaralı əsgərləri dəyişdirir


Rusiya ilə Ukrayna arasında ağır xəstə və yaralı əsir əsgərlərin mübadiləsi bu ayın əvvəlində Türkiyənin İstanbulda ev sahibliyi etdiyi danışıqlarda əldə olunan razılaşmalara uyğun olaraq həyata keçirilib.

Turkustan.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada İyunun 2-də İstanbulda Rusiya ilə Ukrayna arasında əldə olunan razılaşmalara əsasən Kiyevin əsir götürdüyü bir qrup rus əsgərini geri qaytardığı bildirilib.

Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrindən əsir götürülən bir qrup əsgərin Kiyevə verildiyi vurğulanan bəyanatda rus əsgərlərinin hazırda Belarus torpaqlarında olduğu və onlara tibbi və psixoloji yardım göstərildiyi vurğulanıb.

Açıqlamada bütün rus əsgərlərinin nazirliyin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiyaya göndəriləcəyi bildirilib.

Nazirlik əsir mübadiləsinə cəlb olunan əsgərlərin sayı barədə məlumat verməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ