113 yaşlı anası ilə birlikdə Kəlbəcərə QAYIDIR


Kəlbəcər Böyük Qayıdışa hazırlaşır. Artıq şəhərə köçəcək ailələr arasında püşkatma keçirilib. Püşkatma zamanı ailələrin hansı binada və mənzildə yaşayacağı müəyyənləşdirilib.

Məlumata görə, Kəlbəcərə ilk 81 ailə köçəcək. İlk köç önümüzdəki 20 gün ərzində baş tutacaq.

İlk köçəcəklər arasında 80 yaşlı Əli Abdullayev (Uluxanlı) də var. O, təəssüratlarını Modern.az-la bölüşüb.

“30 il doğulduğun vətən torpağını görməmək nə deməkdir? Kim inanardı ki, yenidən o torpağa qayıda bilərik. Elə bir gün olmayıb ki, mən Kəılbəcəri yad etməmiş yuxuya getmişəm. Vətən həsrətindən böyük dərd yoxdur. Evindən bir adam, tayfan ölür, gedir dözürsən. Amma elliklə bir xalqın ölümünə dözmək mümkün deyil. Biri var ölüb gedəsən, bir də var ki gündə diri ikən, danışa-danışa, yaşaya yaşaya öləsən. Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Biz vətənimizə doğru istiqamət götürmüşük. Hər kəsin öz doğulduğu məkan onun üçün cənnətdir. Onun cənnəti də, cəhənnməi də. Biz cəhənnəmi görürük. Qaçqın olmaq nə dmeəkdir, biz bilirik. Doğma qardaşın, bacının, qohumların birinin evinin küncünə sığılıb yaşamağın nə olduğunu yaxşı bilirik”.

Ə.Abdullayev bildirib ki, həyat yoldaşı və 113 yaşlı anası ilə birlikdə qayıdacaqlar:

“Torpaqlarımız işğaldan azad olunandan sonra iki dəfə Kəlbəcərə getdim. Nə bizim gördüyümüz, nə də kəlbəcərlilərim yoxdur. Mən və ailəm qayıdır. Amma mən qonşularımın kim olacağını bilmirəm. Bu yaşdan sonra dost tapmaq, qonşu tapmaq çətindir. Ətrafımızda olan sevimli qonşularımızın biri də qalmayıb. Bircə ona yanıb tökülürəm. Elə hamımız ölsəydik, yeni nəsil gəlsəydi. O daha yaxşı olardı. Bir-iki nəfərin ölüb getməsi, digərlərinin sağ qalanlar dözmür. Sevinirəm ki, o torpaqlara gedirəm. Uşaqlığım, gəncliyim mənim adımı yaşadan dünyam oradadır. İkinci ona görə sevinirəm ki, gedirəm o torpaqları qucmağa, əbədi yatmağa. Bundan böyük mənim üçün səadət, xoşbəxtlik yoxdur. Allah əsgərləimizi qorusun, həmişə müzəffər, qalib etsin. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərijmizə uzun ömür arzu edirəm. Mən, yoldaşım və anam olacaq. Mənim 80, yoldaşımın 79, anamın isə 113 yaşı var. Allah-təala xeyir-bərəkəti övladlarımızdan qabaq ilahi bizə qismət edib”.


MANŞET XƏBƏRLƏRİ